ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər.


“ARHD.MEDiA”  Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir.


Məlumata görə, M.Tramp Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar missiya ilə bağlı razılaşmanın əldə olunmasında mühüm rol oynayıb. Bu məqsədlə Rusiya və Ukrayna rəsmiləri ilə birbaşa təmaslar qurub.


Məqalədə qeyd olunur ki, həmin təşəbbüs Melaniya Trampın müharibə zamanı ukraynalı uşaqların ailələrinə qaytarılması istiqamətində əvvəlki səylərinin davamıdır.


"Prezident və onun müdafiə naziri Pit Heqset sərt ritorikaya və hərbi güc nümayişinə üstünlük versə də, birinci xanım səssiz şəkildə tamamilə fərqli istiqamətdə fəaliyyət göstərib. O, humanitar diplomatiya ilə məşğul olub. Bu mənada, Nobel Sülh Mükafatı kontekstində diqqətəlayiq şəxs Donald Tramp deyil, məhz Melaniya Trampdır" - deyə nəşrdə qeyd edilir.


Xatırladaq ki, Donald Tramp ikinci prezidentlik dönəmində Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə bəyan edib. O, bir sıra münaqişələrin başa çatmasında vacib rol oynadığını vurğulayıb. Mükafatın ona verilməməsini ABŞ üçün təhqir kimi qiymətləndirib.

Baxış sayı: 2 939

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə