İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzayi Avropa ölkələrini İsrailin hərəkətlərini dəstəkləməkdə ittiham edib və onları müharibənin nəticələrinə görə məsuliyyət daşımağa çağırıb.


“ARHD.MEDiA” xəbər verir ki, Rzayi sosial media hesabında paylaşdığı açıqlamada Avropa ölkələrinin əvvəllər İsrailin “çirkli işləri” ilə öyündüyünü bildirib.


O, Avropa dövlətlərinin hazırda İranla müharibənin onlara milyardlarla dollara başa gəlməsindən şikayətləndiyini bildirib.


“İsrailin müharibə cinayətlərini alqışlayarkən cərimənin sizə də gələcəyini düşünmürdünüzmü? Müharibənin və terrorun öz qiyməti var. İndi ödəmək növbəsi sizindir”, – deyə Rzayi vurğulayıb.


Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts daha əvvəl İsrailin fəaliyyətini “hamımız üçün gördüyü çirkli iş” adlandırmışdı. O, İsrailin İran rejiminə qarşı əməliyyatlarının Avropa ölkələrinin də təhlükəsizliyinə xidmət etdiyini bildirmişdi. Merts həmçinin Tehranın “Hizbullah” və HƏMAS-a dəstəyini, eləcə də Rusiyaya dron tədarükünü tənqid etmişdi.

Baxış sayı: 2 937

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə