Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələr ərzində əhəmiyyətli dərəcədə pisləşdiyi iddia edilir.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ölkənin yerli “Hraparak” qəzeti yazıb.


Bildirilib ki, dövlət başçısı ən son olaraq oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib. Bununla yanaşı, o, İrəvanda baş tutan COP-17 iqlim sammiti çərçivəsində bir neçə tədbirə də qatılmayıb. 


Qəzet həmçinin yazır ki, Xaçaturyanı dünən İspanya və Səudiyyə Ərəbistanından olan yüksəksəviyyəli qonaqların qarşılanması mərasimində də görmək mümkün olmayıb. 


“Əldə etdiyimiz məlumata görə, prezident çox vaxt öz iqamətgahında da olmur. Xaçaturyanın uzun müddətdir səhhəti ilə bağlı problemi var. İnsanlar onun görünüşündə ciddi dəyişikliklər müşahidə edirlər”, - deyə “Hraparak” yazıb.


Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mediasında V.Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunduğu barədə məlumat yayılıb.

Baxış sayı: 3 281

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə