Monreal sammiti ərəfəsində Avropa İttifaqı Kanadaya “assosiasiativ üzv” statusunun verilməsi planından imtina edib. Üzv dövlətlər arasında yaranan kəskin fikir ayrılıqları səbəbindən sammitin yekun bəyanat layihəsindəki ifadələr yumşaldılıb.


“ARHD.MEDiA” xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bir müddət əvvəl səsləndirdiyi bu təşəbbüsün Aİ müqavilələrində hüquqi əsasının olmaması narazılıq doğurub.


Xüsusilə Almaniya statusun yalnız namizəd ölkələrə şamil edilməsini tələb edib. Həmçinin ABŞ Prezidenti Donald Trampın bu addımı “düşmənçilik” kimi dəyərləndirib ticarəti dayandırmaq hədəsi də bu qərara təsir göstərib.


Yenilənmiş layihəyə əsasən, tərəflər 2027-ci ilə qədər tam üzvlükdən kənar, sadəcə “daha sıx tərəfdaşlıq” modeli üzərində işləyəcəklər. Kanadanın Baş naziri Mark Karni ticarət və enerji sahəsində Aİ ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını, lakin tam üzvlük məqsədi daşımadıqlarını bildirib.

Baxış sayı: 2 913

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə