ABŞ hakimiyyət orqanları İran tərəfindən mümkün hücumlarla bağlı xəbərdarlıqlar fonunda Yaxın Şərqdəki bir sıra diplomatik missiyalardan diplomatların və onların ailə üzvlərinin təcili təxliyəsinə başlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə CNN müxtəlif mənbələrə istinadən məlumat yayıb.


Xəbərdə qeyd olunur ki, “bu təxliyyə xoşagəlməz və xaotik bir “déjà vu” (təkrarlanma) halı kimi xarakterizə olunur. Belə ki, hazırda ölkəni tərk edənlərin bir çoxu İranla gərginliyin ən yüksək həddə çatdığı vaxtda oradan getmiş, lakin bu yaxınlarda öz vəzifə yerlərinə qayıtmışdılar”.


ABŞ Dövlət Departamentinin 23 oktyabr tarixli memorandumunda bildirilir ki, İran amerikalı heyəti müəyyən etmək və hədəfə almaq istiqamətindəki səylərini əhəmiyyətli dərəcədə gücləndirib.

Baxış sayı: 3 829

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə