Ukraynada prezident seçkiləri müharibə başa çatdıqdan 6 ay sonra keçiriləcək. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində danışıb.


Onun sözlərinə görə, bu müddət ərzində hakimiyyət orqanları zəruri qanunları qəbul edə və təhlükəsizlik tədbirlərini hazırlaya biləcəklər. 


“Bu, o cümlədən cəbhədə olan ukraynalı hərbi qulluqçuların da səsvermə hüququnu həyata keçirə bilməsi üçün zəruridir”, - deyə Zelenski vurğulayıb.


O əlavə edib ki, Rusiya hərbi əməliyyatların tam dayandırılmasına razılaşarsa, hazırlıqları 60 gün ərzində həyata keçirməyə hazırdır.

Baxış sayı: 3 854

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə