Fransanın “Vətənpərvərlər” partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd olan Florian Filippo ölkədə tüğyan edən kütləvi iğtişaşlar fonunda dövlət başçısı Emmanuel Makronu istefaya çağırıb.


“ARHD.MEDiA” xəbər verir ki, fransalı siyasətçi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.


Filippo Fransa hakimiyyətinin onilliklər ərzində genişmiqyaslı qanunsuz miqrasiyaya şərait yaratdığını xatırladıb:


“Xaosdan çıxmaq üçün hakimiyyətdəki xainləri uzaqlaşdırmaq (Makron istefa verməlidir), dövlətçiliyi və milli suverenliyi bərpa etmək lazımdır”, — deyə o vurğulayıb.

Baxış sayı: 3 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə