İraq Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli əz-Zeydi ölkə ordusuna döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmağı əmr edib.


“ARHD.MEDiA” xəbər verir ki, İraq Baş nazirinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Əli əz-Zeydi ölkənin təhlükəsizlik vəziyyəti və ordunun hazırkı imkanlarını qiymətləndirmək məqsədilə hərbi qüvvə komandirləri, müşavirlər və müvafiq rəsmilərlə geniştərkibli iclas keçirib.


Görüşdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemləri və ordu aviasiyasının mövcud potensialı, eləcə də, ehtiyac duyulan müasir texniki təchizat müzakirə olunub.


Hərbi texnologiyaların inkişafının vacibliyini vurğulayan Baş nazir bildirib ki, müasir dövrdə Silahlı Qüvvələr yalnız klassik silahlara arxalana bilməz. O, hərbi hava gücünün, pilotsuz uçuş aparatlarının (PUA), HHM sistemlərinin və texniki imkanların strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.


Hökumət rəhbəri ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və resurslarının yenilənməsi üçün dövlət səviyyəsində hər cür dəstəyin veriləcəyini vurğulayıb. Əz-Zeydi əlavə edib ki, bu addımlar İraqın milli təhlükəsizliyini, suverenliyini, hava məkanını, ərazi sularını və ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır.


Baxış sayı: 3 630

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə