“Amerikalı milyardere məxsus “Boring Company” şirkəti Rusiya ilə ABŞ arasında tunel tikintisinə başlamalıdır”.


“ARHD.MEDiA” xəbər verir ki, bu təkliflə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev çıxış edib.


Dmitriyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:


“The Boring Company” üçün Rusiya və ABŞ-ni, Avrasiya və Amerikanı birləşdirəcək “Putin — Tramp” tunelinin tikintisinə başlamaq vaxtı çatıb”.


O, paylaşımında Berinq boğazının altından keçə biləcək tunelin təxmini sxemini də təqdim edib. Layihə reallaşacağı təqdirdə iki qitəni birləşdirərək dünyanın ən böyük infrastruktur təşəbbüslərindən birinə çevriləcək.

Baxış sayı: 3 651

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə