“İran ABŞ-nin danışıqlarda təqdim etdiyi təkliflərə cavabını vasitəçilər vasitəsilə çatdıracaq”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu IRNA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.


O qeyd edib ki, Tehranın əsas tələbləri bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin bərpa olunmasıdır.


Bəqayi İran və ABŞ arasında mesaj mübadiləsinin birbaşa deyil, vasitəçilər üzərindən aparıldığını vurğulayıb.


Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Hörmüz boğazının açılması və hərbi əməliyyatların dayandırılması ilə bağlı 7 günlük plan açıqlayıb. Plan vasitəçilər üzərindən ABŞ-yə çatdırılıb və Vaşinqtonun da buna münasibətini təqdim etdiyi bildirilib.


Plana əsasən, ABŞ müəyyən şərtləri yerinə yetirdiyi halda Hörmüz boğazının açılması və daha sonra yekun razılaşma üzrə danışıqlara başlanması nəzərdə tutulur.

Baxış sayı: 2 792

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə