“Hörmüz boğazından inanılmaz miqdarda neft daşınır”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında deyib.


Tramp son günlər Hörmüz boğazından “inanılmaz” miqdarda neft daşındığını və neft qiymətlərinin yaxın vaxtlarda düşəcəyini gözlədiyini bildirib.


O, İran iqtisadiyyatının “çox pis” vəziyyətdə olduğunu söyləyib. Tramp İranın neft naziri Möhsün Paknejadın ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini dilə gətirib.


Hörmüz boğazından neft daşınmasına toxunan Tramp boğazın açıq olduğunu deyib.


“Son bir neçə gündə inanılmaz miqdarda, milyonlarla barel neft daşınıb. Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - Tramp bildirib.

Baxış sayı: 2 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə