Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduğunu bəyan edib.


“ARHD.MEDiA” xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtondan olan nümayəndələr Moskva və Kiyevlə əlaqə saxlayaraq ayın sonunadək görüş keçirməyi təklif edirlər.


“Dünən mən onlara tərəfimizin bunu dəstəkləməyə hazır olduğunu təsdiqlədim”, - deyə Zelenski bildirib.


O əlavə edib ki, Ukrayna tərəfi bu görüşü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və ya ABŞ-nin təklif edəcəyi başqa bir ölkədə keçirməyə razıdır.

Baxış sayı: 2 902

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə