Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadla "Reuters" agentliyi məlumat yayıb.


Qeyd olunub ki, gəmilər aşkar edilməmək məqsədilə boğazı AIS avtomatik identifikasiya sisteminin transponderləri söndürülmüş vəziyyətdə keçiblər.


Söhbət "Al Ruwais", "Mersin Prosperity" və "Sinbad" adlı tankerlərdən gedir. Hücumun kim tərəfindən endirildiyi, xəsarət alanlar və ziyanın miqyası haqqında heç bir məlumat yoxdur.


"Kpler" analitik şirkətinin məlumatlarına əsasən, neft məhsullarının daşınması üçün nəzərdə tutulan "Al Ruwais" tankeri sentyabrın sonlarında Omanın Sohar limanı yaxınlığında dizel yanacağını digər bir gəmiyə yükləyib.


"Mersin Prosperity" supertankeri isə sentyabrın ortalarında eyni ərazidə başqa bir gəmiyə 2 milyon barel İraqın "Basrah" markalı neftini ötürüb.


Aframax sinfinə aid "Sinbad" tankeri sentyabr ayının əvvəlində Cübeyl sənaye limanında (Səudiyyə Ərəbistanı) neft məhsulları ilə yüklənib.

Baxış sayı: 3 291

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə