Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. 


Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir. 


Belə ki, hərbi-dəniz qüvvələrinin Aktaudan 43 kilometr məsafədə keçirilən təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa hərbi qulluqçuları dənizə aparıb. Hərbçilər arasında 15 matros, bir zabit və bir müqavilə ilə xidmət edən hərbi qulluqçunun olduğu bildirilir.


Axtarışlara dərhal dörd hərbi gəmi, Mi-8 vertolyotu, FHN qüvvələri cəlb olunub.

Baxış sayı: 3 178

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə