“Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirmək niyyətindədir”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “İzvestiya” nəşrinə açıqlamasında bildirib.  


Paşinyan ölkəsinin balanslaşdırma siyasəti yürütdüyünü və xarici əlaqələri diversifikasiya etməyə çalışdığını deyib.


“Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklər baş verir. Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Rusiya ilə münasibətlər təhlükəsizlik məsələləri üzərində cəmləşmişdi, lakin indi onları transformasiya gözləyir”, - hökumət başçısı vurğulayıb.


Paşinyan ölkəsinin Rusiya ilə dostluq münasibətlərini yalnız transformasiya etmək deyil, həm də dərinləşdirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Baxış sayı: 3 395

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə