ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyincə, İran Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.


"AZADSES.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.


"Bu şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayanadək və amerikalıların öhdəlikləri icra olunmayanadək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün zərrə qədər də imkan qalmayacaq", - deyə o vurğulayıb.


Daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bəyan etmişdi ki, İran hakimiyyəti Qətər vasitəçiləri ilə ABŞ-yə müharibənin dayandırılması üçün şərtlərini təqdim edib və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.

Baxış sayı: 3 428

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə