Sentyabrın 18-də Pakistanın Xeybər-Paxtunxva əyalətində cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 21 nəfər həlak olub, 80-dən çox adam yaralanıb.


“ARHD.MEDiA” “Geo TV”yə istinadən xəbər verir ki, ölənlərdən 15 nəfəri polisdir. 


Bildirilib ki, hadisə məscidin yaxınlığında partlayıcı maddələrlə doldurulmuş avtomobilin partlaması nəticəsində baş verib. 


Partlayışdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. Atışma zamanı kompleksin ərazisində ikinci partlayış baş verib.


Xatırladaq ki, daha əvvəl hadisə nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.

Baxış sayı: 2 626

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə