ABŞ və Çin nümayəndə heyətləri Çin Sədri Si Cinpinin ABŞ-yə gözlənilən səfərindən əvvəl Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər.


“ARHD.MEDiA” xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, Baş nazirin müavini He Lifengin rəhbərlik etdiyi Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək iqtisadi və ticarət danışıqları aparmaq üçün ABŞ-yə səfər edəcək.


Qeyd olunub ki, tərəflər iki ölkə liderlərinin əldə etdiyi razılığa uyğun olaraq qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə məsləhətləşmələr aparacaqlar.


ABŞ hökumət mənbələri daha əvvəl Nyu-Yorkdakı görüşlərdə süni intellekt, ticarət, nadir torpaq elementləri və digər iqtisadi məsələlərin müzakirə olunacağını bildiriblər.


Danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək maliyyə naziri Skott Bessent isə Çin tərəfi ilə “süni intellektin ortaq risklərini müzakirə etməyə açıq olduğunu” deyib.


Nyu-Yorkdakı görüşlər Si Cinpinin gələn həftə ABŞ-yə gözlənilən səfərinə hazırlıq məqsədi daşıyır.

Baxış sayı: 2 979

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə