Ermənistanın Baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək. 


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Hessen torpağının parlamenti məlumat yayıb. 


Bildirilib ki, bu mükafat Paşinyana Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə təqdim ediləcək. 


Mükafatlandırma mərasimi sentyabrın 18-də Hessenin parlamentində keçiriləcək.


Səfər zamanı Paşinyanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.


Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib. 

Baxış sayı: 2 945

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə