İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.


“ARHD.MEDiA” xəbər verir ki, IRNA İnqilab Keşikçiləri Korpusunun bununla bağlı yaydığı açıqlamanı dərc edib.


Bildirilir ki, MQ-1 tipli PUA Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq vurulub.


İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.


Qeyd edək ki, ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra aparatlara əlavə kameralar və raketlər quraşdırılıb.

Baxış sayı: 2 649

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə