Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək.


“ARHD.MEDiA” "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib.


Avropa İttifaqının üzvü olan Macarıstanda homoseksual və lezbiyan cütlüklərin övladlığa uşaq götürməsi 2020-ci ilin sonunadək mümkün olub. Bunun üçün tərəfdaşlardan biri subay şəxs kimi müraciət etməli idi.


2020-ci ildə Orbanın sağçı "Fidesz" partiyasının qəbul etdiyi qanuna əsasən, subay şəxslərin övladlığa uşaq götürmə ilə bağlı müraciətləri ailə məsələləri üzrə nazir tərəfindən təsdiqlənməli idi ki, bu da faktiki olaraq qadağa ilə nəticələnib.

Baxış sayı: 2 177

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə