İndoneziyada göyərtəsində 243 sərnişin və heyət üzvünün olduğu sərnişin gəmisi ilə əlaqə kəsilib.


“ARHD.MEDiA” “Reuters”ə istinadən xəbər verir ki, gəmi Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətindəki Banjarmasin şəhərinə doğru hərəkət edib.


Ölkənin axtarış-xilasetmə agentliyi “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb. Hadisədən sonra gəminin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.


Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Putu Sudayana bildirib ki, məlumat daxil olduqdan dərhal sonra əməkdaşlar və xilasetmə gəmisi onun son məlum olduğu əraziyə göndərilib.

Baxış sayı: 2 930

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə