Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tuta biləcək görüş üçün gərəkən şərti açıqlayıb.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.


Peskov qeyd edib ki, Zelenski danışıqlar aparmaq məqsədilə Moskvaya səfər edə bilər. Beləcə Kremlin nümayəndəsi Ukrayna liderinin ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammiti çərçivəsində Putinlə görüşmək istəyinə dair bəyanatına münasibət bildirib:


"Əgər o, doğrudan da Putinlə görüşmək istəyirsə, Rusiya Prezidenti daha əvvəl də bildirmişdi ki, o, Moskvaya uça bilər".


O, həmçinin əlavə edib ki, Putin sammitə qatılıb-qatılmayacağı barədə hələ yekun qərar qəbul etməyib.


Qeyd edək ki, Böyük İyirmiliyin (G20) sammiti 14-15 dekabr tarixlərində Mayamidə baş tutacaq. Peskovun iyulun sonlarında jurnalistlərə verdiyi məlumata əsasən, rəsmi Moskva sözügedən tədbirdə yüksək səviyyədə fəal və səmərəli şəkildə iştirak edəcək.

Baxış sayı: 2 982

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə