"Vaşinqton Tehranın tələblərini yerinə yetirməyənə qədər İran ABŞ ilə heç bir danışıq aparmayacaq".


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünün "X" sosial şəbəkə hesabında açıqlama yayıb.


"Heç bir danışıq olmayacaq. İranın şərtləri qəbul edilənə qədər hər hansı bir müzakirə mənasızdır", - deyə komitə sədri vurğulayıb.


Xatırladaq ki, avqustun sonlarında ABŞ İrana qarşı "iqtisadi təcrid" adlı xüsusi əməliyyata başlayıb. Bu həmlənin əsas məqsədi İranı maliyyə cəhətdən blokadaya almaqdır. Vaşinqton Tehranın gəlir mənbələrini kəsməyi planlaşdırır və İranla əməkdaşlığı davam etdirən, o cümlədən bu dövlətin neftini alan və daşıyan üçüncü ölkə təşkilatlarını təkrar sanksiyalar tətbiq etməklə hədələyir.

Baxış sayı: 3 796

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə