Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. 


Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək 18-ci BRİKS sammitində iştirak edəcək. 


Qeyd edək ki, ilkin olaraq Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) tərəfindən qurulan BRİKS təşkilatına sonradan Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya və İndoneziya üzv qəbul olunub.

Baxış sayı: 3 625

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə