Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.


“Baş nazir Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Səfər çərçivəsində həmçinin Fransa Prezidenti Emmanuel Makronla görüş planlaşdırılıb”, - o deyib.


Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşdüyü bildirilir.


Qeyd edək ki, Ermənistan Baş nazirinin Fransaya son səfəri bu ilin mart ayında baş tutub.


Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-u Parisdə Qran-Pale sərgi mərkəzində keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən nümayəndə heyətlərinin, o cümlədən dövlət və hökumət başçılarının, kosmik agentliklərin nümayəndələrinin, alimlərin və hərbçilərin iştirakı gözlənilir.

Baxış sayı: 3 465

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə