Böyük Britaniya, Fransa, Kanada və bir sıra digər ölkələr İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəklər.


“ARHD.MEDiA” xəbər verir ki, bu haqda “Bloomberg”in məlumat yayıb.


Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib ki, həmin ərazilərdəki qeyri-qanuni İsrail yaşayış məntəqələrindən malların idxalını qadağan edəcək. Tədbirlər həmçinin maliyyə və tikinti xidmətləri göstərən şəxsləri və şirkətləri də əhatə edəcək. Xarici işlər naziri vurğulayıb ki, İordan çayının qərb sahilində fələstinlilərə qarşı etnik təmizləmə həyata keçirilir və London “iki dövlətli” həll məsələsində güzəştə getməyəcək.


Fransa, Kanada, Danimarka, Finlandiya, İslandiya, Polşa, Portuqaliya və İsveç Britaniyanın elan etdiyi tədbirlərə qoşulub.

Baxış sayı: 3 297

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə