İranın paytaxtı Tehran şəhər bələdiyyəsi şəhər infrastrukturu və nəqliyyat sisteminin tamamilə elektrik enerjisinə keçirilməsini nəzərdə tutan irimiqyaslı strategiya çərçivəsində atom enerjisindən istifadə imkanlarını nəzərdən keçirir.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı ISNA-ya istinadən məlumat yayıb.


İran paytaxtının bələdiyyə sədri Əlirza Zakaninin sözlərinə görə, bu layihənin reallaşdırılması üçün şəhər rəhbərliyi həm dinc atom potensialından, həm günəş enerjisinin inkişafından, həm də təbii qazın yerindəcə elektrik enerjisinə çevrilməsi texnologiyalarının tətbiqindən istifadə etməyi planlaşdırır.

Baxış sayı: 3 169

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə