“44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub”. 


“ARHD.MEDiA” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib. 


Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib. 


“Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - Marqaryan əlavə edib. 


Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.

Baxış sayı: 3 430

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə