Rusiya ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdə yerləşən binasına dron zərbəsi endirib.


“ARHD.MEDiA” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında hücum faktını təsdiqləyib.


Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin binasına düşən pilotsuz uçuş aparatı (PUA) birbaşa Xidmətin rəhbəri Aleksandr Pokladın həmin binadakı kabinetinə yönəldilib.


Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.


Zelenski xəsarət alanlara lazımi yardımın göstəriləcəyini bildirib. 

Baxış sayı: 2 738

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə