Almaniyada Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsi halında onların olduğu məkanlar Moskva tərəfindən legitim hərbi hədəflər kimi nəzərdən keçiriləcək.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiyanın Berlindəki səfirliyindən mənbə bildirib. 


Agentliyin həmsöhbəti vurğulayıb ki, Moskva öz təhlükəsizliyini təmin edərkən bu cür planları nəzərə alacaq. 


Qeyd edək ki, Almaniyada Rusiyaya qarşı ilk uzaqmənzilli sistemlərin yerləşdirilməsi 2027-ci ildə başlayacaq və bu proses 2030-cu illərin ortalarında tamamlanacaq. Diplomatlar bu sistemlərin mənzilinin iki min kilometrə qədər olacağını açıqlayıblar. 

Baxış sayı: 3 201

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə