ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında İranla bağlı təcili bəyanat yayıb.


“ARHD.MEDiA” xəbər verir ki, CENTCOM-un paylaşımında ABŞ qüvvələrinin İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirməyə başladığı bildirilib.


Bəyanatda zərbələrin bu gün Şərq vaxtı ilə saat 12:00-da başladığı qeyd olunub:


“Bu zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və regionda yerləşdirilən amerikalı hərbi qulluqçulara qarşı son vaxtlar etdiyi hücum cəhdlərindən sonra həyata keçirilir”.


***


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə qarşı həyata keçirilən hücum dalğasının başa çatdığını elan edib.


Bildirilib ki, hücumlar zamanı İranın hava hücumundan müdafiə qurğuları, radar sistemləri, dəniz elementləri, mina yerləşdirmə imkanları və rabitə infrastrukturu hədəfə alınıb.


Qeyd edilib ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbi qulluqçusu fəaliyyət göstərir.


Məlumata əsasən, SEPAH-ın hədəflərinə qarşı hücumlar İranın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ hərbi heyətinə “hücum cəhdi” göstərməsi ilə əlaqədar həyata keçirilib.

Baxış sayı: 3 159

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə