“ABŞ administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəsi olan müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır”.


“ARHD.MEDiA” xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.


O bildirib ki, ABŞ ilk növbədə banklara qarşı tədbirlər görəcək: “Biz onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”.


Bessent əlavə edib ki, avqustun 31-dən sentyabrın 1-dək ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə digər dövlətlərin nümayəndələrinə İranla əlaqələrə görə sanksiyalara məruz qala biləcəkləri barədə xəbərdarlıq edəcək.


ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, yeni anti-İran məhdudiyyətlərinə əməl etməyən ölkələrə qarşı da ikinci dərəcəli sanksiyalar tətbiq edilə bilər.


Bessent belə dövlətlərin ABŞ dollarına çıxışını itirmək riski ilə üzləşəcəyini də vurğulayıb.

Baxış sayı: 3 224

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə