Hörmüz boğazında bir tanker naməlum mərmi ilə vurulub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.


Zərbədən sonra tankerin göyərtəsində yanğın olsa da, qısa müddətdə söndürülüb.


Hadisə nəticəsində heyət üzvlərindən heç biri xəsarət almayıb və itkin düşməyib. İnsidentin ətraf mühitə də təsir göstərmədiyi bildirilib.


Hadisənin səbəbləri araşdırılır. UKMTO bölgədəki gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Baxış sayı: 2 933

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə