“İranın Ali Rəhbərinin sağ olduğu, lakin ağır yaralandığı bildirilib”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Glenn Beck Program” verilişinə müsahibəsində bəyan edib.


Tramp müsahibə zamanı İranın Ali Liderinin vəziyyətinə toxunub:


“Onun öldüyünü düşünmürəm. O, çox ciddi şəkildə yaralanıb”.


Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Birləşmiş Ştatlar və İran arasındakı müharibənin “kifayət qədər tezliklə” başa çatacağını bildirib. Trampın sözlərinə görə, strategiya baxımından mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazı artıq açıqdır və hazırda oradan çoxlu sayda gəmi keçir.


“Biz onların keçidinə şərait yaradırıq. Ərazidə minalar qalmayıb. Yəqin ki, dünən bu barədə verdiyimiz məlumatı görmüsünüz. Bütün minaları təmizləmişik və boğaz fəaliyyətini bərpa edib”, – deyə ABŞ lideri əlavə edib.

Baxış sayı: 3 414

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə