Böyük Britaniyanın xüsusi xidmət orqanlarının nümayəndələri ölkənin Baş naziri Endi Börnhemə Rusiyanın birbaşa cavab tədbirləri ilə bağlı xəbərdarlıq ediblər.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Daily Mail” yayıb. 


Xəbərdarlığa əsasən, Rusiya Britaniyanın Ukraynaya dəstəyin gücləndirilməsinə birbaşa reaksiya verə, hətta ölkədə təhlükəsizlik obyektlərinə və silah zavodlarına hücum edə bilər. 


“Daily Mail” yazır ki, rəsmi Moskva əvvəlcə Börnhemin sələfi Kir Starmerdən daha mülayim mövqe tutacağını güman edirdi, lakin onun Kiyevə səfəri və ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi bu fikri dəyişdi.


Kəşfiyyat sahəsindən yüksəkvəzifəli mənbə isə Rusiyanın Böyük Britaniyanın müdafiə infrastrukturuna və təhlükəsizlik obyektlərinə hücumu “qaçılmaz” adlandırıb.


Onun sözlərinə görə, bu hücum NATO-nun hərbi cavabını tələb edən həddən aşağı miqyasda və pilotsuz uçuş aparatları, yanğın və ya kiberhücum şəklində ola bilər.


Xatırladaq ki, E.Börnhem avqustun 24-də Baş nazir postunda ilk xarici səfərini Ukraynanın paytaxtı Kiyevə edib.

Baxış sayı: 3 724

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə