İran bir müddət əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair imzalanan “Məkkə sazişi”nə qoşulmağa dəvət alıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rahimi “Al Mayadeen” telekanalına müsahibəsində açıqlayıb.


Onun sözlərinə görə, İran rəhbərliyi hazırda bu təklifi nəzərdən keçirir. 


Bununla belə, məlumat hələ İran Xarici İşlər Nazirliyi və saziş ölkələri tərəfindən təsdiq olunmayıb.


Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni avqustun 7-də imzalayıb. Sənədə əsasən, saziş iştirakçılarından birinə hücum hər üç ölkəyə hücum kimi qəbul ediləcək. Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi Misirin sazişə qoşulmasına razı olmayıb. Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu sazişi dəstəkləyib.

Baxış sayı: 3 227

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə