Qazaxıstanda Qurultaya (birpalatalı parlament) ilk seçkilər keçirili.


“ARHD.MEDiA” xəbər verir ki, səsvermə Astana vaxtı ilə səhər saat 07:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq.


 Deputatlar korpusu beş illik müddətə seçilən 145 üzvdən ibarət olacaq. Ümumilikdə yeddi partiyadan 545 namizəd yerlər uğrunda mübarizə aparır.


***


Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-a qədər 9 095 298 seçici səs verib.


Ölkə üzrə seçici fəallığı 72,15 faiz olub.


***


Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.


10 mindən çox seçki məntəqəsi bağlanıb və səslərin sayılmasına başlanılıb.


Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.

Baxış sayı: 2 170

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə