“İranla danışıqlara qayıda bilərik”.


“ARHD.MEDiA” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində səfərlərindən biri zamanı jurnalistlərin İranla bağlı suallarını cavablandırarkən deyib.


“Bəlkə müəyyən bir vaxtda İranla danışıqlar ola bilər. Amma hazırda vəziyyət çox yaxşıdır. Yenə də, bəlkə də, müəyyən bir vaxtda başlaya bilər”, – deyə Tramp bildirib.


ABŞ Prezidenti Hörmüz boğazındakı vəziyyətə də toxunaraq, müəyyən sayda tankerin boğazdan keçməyə davam etdiyini və bu marşrutla əhəmiyyətli həcmdə neft daşındığını bildirib.


“Hörmüz boğazına tam nəzarətimiz var. Bəzən pilotsuz təyyarənin vurulması kimi narahatedici hallar istisna olmaqla”, – Tramp deyib.


İranın nüvə proqramından danışan Tramp Tehranın nüvə silahına malik olmasına imkan verilməyəcəyini vurğulayıb.


“Onlar onlardan tamamilə qurtulmalıdırlar. Onların heç bir nüvə silahı olmamalıdır. İranın nüvə silahı ola bilməz”, – ABŞ Prezidenti bildirib.

Baxış sayı: 2 775

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə