Suriyanın Əbu-Duhur hərbi aerodromuna hava zərbələrini İsrail endirib. 


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin “X” sosial şəbəkəsində paylaşılan bəyanatında deyilir. 


Netanyahunun sözlərinə görə, bu qərar Türkiyənin həmin bazada öz qüvvələrini yerləşdirmək planları səbəbindən qəbul edilib. 


“İsrail dəfələrlə Suriyaya xəbərdarlıq edib ki, belə qoşun yerləşdirilməsi İsrailin təhlükəsizliyinə təhdid yaradacaq. Suriya bu xəbərdarlıqları nəzərə almamağa üstünlük verib”, - paylaşımda deyilir. 


Qeyd edək ki, daha əvvəl adı açıqlanmayan türkiyəli rəsmi bu bazada ölkəsinin hərbi mövcudluq planlarını təkzib edib.


Xatırladaq ki, avqustun 18-də Suriyanın İdlib əyalətində Əbu-Duhur hərbi aerodromuna zərbə endirilib. Məlumata görə, aerodrom uçuşlar üçün istifadə edilməsə də, orada Suriya Müdafiə Nazirliyinin qüvvələri mövcud olub.

Baxış sayı: 3 486

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə