ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının xəritəsinin şəklini paylaşaraq, onu “ABŞ-nin yeni ərazisi” kimi təqdim edib.


“ARHD.MEDiA” xəbər verir ki, ABŞ liderinin “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşdığı xəritədə Hörmüz boğazı dairəyə alınıb, şəklin üzərinə isə ingilis dilində “New U.S. Territory” (“ABŞ-nin yeni ərazisi”) yazısı əlavə edilib.


Rəsmi Tehranın buna cavabı da gecikməyib. Belə ki, İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi “X”də etdiyi paylaşımda Trampın Hörmüz boğazı ilə bağlı yanlış təsəvvürlərini tezliklə aradan qaldıracaqlarını bəyan edib.


“Yaxın zamanda onun Hörmüz barədə yanlış təsəvvürü ya düzələcək, ya da illüziyalar içində yaşayan bu insanın yanlış təsəvvürlərini biz özümüz düzəldəcəyik”, - paylaşımda deyilir.


Xatırladaq ki, daha əvvəl Donald Tramp Hörmüz boğazını tezliklə ABŞ ərazisi elan edəcəyini bildirmişdi.

 

Baxış sayı: 3 404

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə