“ABŞ Prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə qeyri-rəsmi əlaqə kanalının olması barədə bəyanatı həqiqəti əks etdirmir və dezinformasiyadır”.


“ARHD.MEDiA” “The Tehran Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbi birliyin rəsmi nümayəndəsi Hüseyn Mohebbi bildirib.


“SEPAH nümayəndələri ilə amerikalılar arasında heç bir dialoq yoxdur. Trampın bu yalan bəyanatı onların çarəsizliyinin və müharibədəki məğlubiyyətinin nəticəsi olan xəyallardan başqa bir şey deyil. SEPAH öz sözünü döyüş meydanında deyir”, – deyə o vurğulayıb.


Mohebbinin sözlərinə görə, Tramp üçün yeganə mümkün yol məğlubiyyəti etiraf etmək və İslam Respublikasının şərtlərini yerinə yetirməkdir. O, həmçinin xəbərdarlıq edib ki, ABŞ rəsmiləri uğursuzluqlarını nə qədər tez etiraf etsələr, ölkələri bir o qədər az zərər çəkər.


Qeyd edək ki, bundan əvvəl D. Tramp ABŞ-nin qeyri-rəsmi kanal vasitəsilə İrandakı SEPAH nümayəndələri ilə birbaşa əlaqə saxladığını iddia etmişdi.

Baxış sayı: 3 394

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə