İraqın Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin Ərbil şəhərində yerləşən ofisi dron hücumuna məruz qalıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Rudaw” nəşri məlumat yayıb.  


Bildirilib ki, ofis İrana məxsus iki ədəd “Hadid 110” zərbə dronu ilə vurulub. Hücum zamanı Ərbil vilayətinin Pirmam rayonunun təhlükəsizlik xidmətinin rəhbərinin iqamətgahının da hədəf alındığı qeyd olunub. 


Ölənlər və ya zərərçəkənlər barədə məlumat yoxdur. 


Yerli hakimiyyət hücumu “tamamilə qəbuledilməz” adlandırıb.

Baxış sayı: 2 986

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə