Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinə uzaqməsafəli zərbələr endirmək üçün istifadə edilib.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri Ukrayna silahlı qüvvələrindəki bir neçə mənbəyə istinadən yazır.


Nəşrin məlumatına görə, Böyük Britaniyanın iki şirkətinin istehsalı olan dronlar son altı ay ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən uzaqməsafəli zərbələrin endirilməsi əməliyyatlarında tətbiq olunub. Hədəflər arasında Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarının adları qeyd olunur.


Qeyd olunur ki, uzaqməsafəli zərbələr üçün istifadə edilən aparatlar arasında "Nyan" reaktiv PUA da olub. O, Böyük Britaniyanın "BAE Systems" şirkətinin bölməsi olan "Callen-Lenz" tərəfindən hazırlanıb. İkinci istehsalçının adı təhlükəsizlik səbəbilə açıqlanmır.

Baxış sayı: 2 985

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə