"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib".


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb.


Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasların saxlanılması istiqamətindəki vasitəçilik təşəbbüslərinə baxmayaraq, danışıqların yenidən başladılması üçün hər hansı bir addım atılmayıb.


Əvvəlki kommunikasiya yollarının təsirini itirdiyini bildirən Əraqçı əlavə edib ki, hazırda İran tərəfi gələcəkdə daimi olaraq istifadə edilə biləcək alternativlər üzərində işləyir. Bununla belə, diplomat yeni əlaqə kanalının hansı formada fəaliyyət göstərəcəyinə aydınlıq gətirməyib.


O həmçinin xatırladıb ki, İslamabad memorandumunun müddəalarına əsasən, tərəflər hərbi fəaliyyətlərin dayandırılmasına dair öhdəliklər qəbul etmişdilər. Lakin, Amerika Birləşmiş Ştatları həmin razılaşmanın tələblərini pozub.

Baxış sayı: 3 230

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə