Azərbaycan artıq ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.


Bildirilib ki, bu, ABŞ Dövlət Departamentinin 2026-cı il Fiskal Şəffaflıq Hesabatında qeyd olunub: "Fiskal şəffaflıq etimadı artırır, hesabatlılığı gücləndirir və investisiyaların cəlb olunmasına şərait yaradır".


Hesabatda qeyd edilib ki, departament qiymətləndirilən 139 ölkədən (və Fələstin Muxtariyyətindən) 73 hökumətin fiskal şəffaflıq üzrə minimum tələblərə cavab verdiyi, 67 hökumətin isə minimum tələbləri yerinə yetirmədiyi qənaətinə gəlib. Bununla belə, həmin 67 ölkədən 14-ü fiskal şəffaflıq üzrə minimum tələblərə cavab vermək istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.

Baxış sayı: 2 994

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə