Fransanın Mərkəzi Afrika Respublikasındakı səfiri Bruno Fuşer haqqında rəsmi iqamətgahına çoxsaylı qadınları gətirməsi və bunun təhlükəsizlik baxımından narahatlıq yaratması ilə bağlı intizam araşdırması başladılıb.


“ARHD.MEDiA” xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.


Bildirilib ki, Banquidə fəaliyyət göstərən səfirlə bağlı inzibati araşdırma aparılır.


Fransanın “Le Canard enchaîné” nəşrinin məlumatına görə, 65 yaşlı Bruno Fuşer 2024-cü ilin yanvarından 2026-cı ilin martınadək rəsmi iqamətgahına 20-30 yaşlarında təxminən 30 qadın gətirib.


Məlumata görə, qadınlardan bəziləri gecəni də səfirin iqamətgahında keçirib.


Bu ziyarətlər təhlükəsizlik məsələləri ilə bağlı suallar doğurub və nəticədə Fransa Xarici İşlər Nazirliyi tərəfindən araşdırma aparılmasına səbəb olub.


Fransa Xarici İşlər Nazirliyi “Agence France-Presse”ə açıqlamasında səfir haqqında əvvəlcə inzibati araşdırma aparıldığını, daha sonra isə intizam istintaqına başlanıldığını bildirib.


Nazirliyin açıqlamasında deyilir ki, missiyanın nəticələri toplandıqdan və xarici işlər nazirinin tələbindən sonra səfirə qarşı intizam araşdırması başladılıb.


Nazirlik araşdırmanın hazırda davam etdiyini və yekun nəticələrin hələ açıqlanmadığını bildirib.

Baxış sayı: 2 876

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə