ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasını yarmağa cəhd edən Panama bayraqlı gəmiyə atəş açıb.


“ARHD.MEDiA” “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, insident Hörmüz boğazı yaxınlığında qeydə alınıb.


Məlumata görə, İran limanlarını blokadada saxlayan ABŞ ordusunun tələblərinə məhəl qoymayan Panama gəmisinə amerikan hərbi helikopteri tərəfindən atəş açılıb. Xəbərdarlıqlara məhəl qoymayan gəminin sükan mexanizmi hədəfə alınıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Hücumdan dərhal sonra gəmi heyətinin ərazidəki başqa bir mülki gəmiyə keçməyə cəhd etdiyi bildirilir.


Xatırladaq ki, bir qədər əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası ABŞ və İsrail gəmilərinin, həmçinin bu ölkələrlə əlaqəli yüklərin Hörmüz boğazından keçidinə qadağa qoyan qanun layihəsini təsdiqləmişdi. İran rəsmiləri Vaşinqton öz təhdidlərinə son qoymayanadək və təzminat ödəməyənədək boğazı açmayacağını bəyan ediblər.

Baxış sayı: 4 030

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə