İranın Yaxın Şərqdəki cavab zərbələri nəticəsində Birləşmiş Ştatların hərbi obyektlərinə və texnikasına dəyən ümumi zərər 13 milyard dolları geridə qoyub.


“ARHD.MEDiA”  xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz hesablamalarına istinadən məlumat yayıb.


Qəzetin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı 28 fevralda başlayan hərbi əməliyyatından bəri İslam Respublikası Yaxın Şərqdəki hədəflərə PUA və raketlərlə 2 mindən çox hücum həyata keçirib.


Səkkiz ölkənin ərazisində ABŞ-yə məxsus ən azı 20 hərbi obyektə ziyan dəyib. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin təxminən 42 uçuş aparatını zədələyib və ya məhv edib. Bunların əksəriyyəti iri dronlar olsa da, siyahıda ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları da yer alır.

Baxış sayı: 3 092

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə