Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə zərbə endirib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Tereхov məlumat verib.


Onun sözlərinə görə, zərbə şəhərin Saltovka rayonunda çoxmərtəbəli yaşayış binasına dəyib. Nəticədə binanın 7 və 10-cu mərtəbələri arasındakı örtüklər dağılıb.


İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Baxış sayı: 4 032

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə